Alen Simonyan: "Yaxın gələcəkdə ermənilərlə azərbaycanlılar bir-biri ilə alver edəcəklər"
Reshane Quliyeva 11/09/2025
"Yaxın gələcəkdə ermənilərlə azərbaycanlılar bir-biri ilə ticarət edəcəklər, vahid bazar formalaşacaq. Bizim mağazalarımızda Azərbaycan malları, Bakıda və Azərbaycanın digər şəhərlərindəki mağazalarda isə erməni malları olacaq".
biznesxeber.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə brifinqdə jurnalistlərə Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan bildirib.
"Ermənilər gedib daha ucuz benzin alacaqlar, çünki bu, sərfəlidir", - deyə Simonyan qeyd edib.
biznesxeber.az