BİZNESXƏBƏR

Avropa ölkəsində yeni neft yatağı kəşf edilib

Reshane Quliyeva 11/09/2025

Macarıstanda gündə təxminən min barel neft hasil etmək qabiliyyətinə malik neft yatağı kəşf edilib.


biznesxeber.az xəbər verir ki, bu barədə "MOL" neft və qaz şirkəti məlumat yayıb.

Neft yatağı təxminən 2,4 kilometr dərinlikdə yerləşir. Bildirilib ki, yatağın kəşfi Macarıstanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verə bilər, çünki yerli istehsal idxaldan asılılığı azaldır.

Qeyd edilib ki, Macarıstan hazırda Rusiya neftini idxal edir.

biznesxeber.az

Digər Məqalələr