Azərbaycan XİN başçısının müavini İran səfiri ilə regional məsələləri müzakirə edib
Reshane Quliyeva 29/07/2025
Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov İranın ölkədəki səfiri Müctəba Dəmirçilu ilə görüşüb.
"Biznesxeber.az" "Report"a istinadən xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, regional və beynəlxalq proseslər müzakirə olunub.
M.Dəmirçilu görüş zamanı İran-Azərbaycan münasibətlərinin dostluq və qardaşlıq əsasında inkişaf etdiyini bildirib. Tərəflər qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın davam etdirilməsinin və münasibətlərin möhkəmləndirilməsinin zəruri olduğunu qeyd ediblər.
Digər Məqalələr
İlin I yarısında Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı açıqlanıb
Prezident İlham Əliyev Vladimir Feketeni “Dostluq” ordeni ilə təltif edib
Hökumət üzvlərinin avqust ayı üçün vətəndaş qəbulu cədvəli açıqlanıb - SİYAHI