BİZNESXƏBƏR

Azərbaycanda ortaaylıq əməkhaqqı 2030-cu ilə qədər 1400 manatı ötəcək

Reshane Quliyeva 16/09/2025

Azərbaycanda ortaaylıq əməkhaqqı 2029-cu ildə 1 411.8 manata çatacaq.

biznesxeber.az "Report"a istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hesabatında məlumat dərc olunub.

Proqnozlara əsasən, 2026-cı ildə ölkədə orta aylıq əməkhaqqı 1 170.8 manat, 2027-ci ildə 1 246.8 manat, 2028-ci ildə 1 327.6 manat təşkil edəcək.

Beləliklə, növbəti 4 ildə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 20.6% artacaq.

Qeyd edək ki, 2025-ci il avqustun 1-nə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1 098 manat təşkil edir ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 9.5% çoxdur.

biznesxeber.az

Digər Məqalələr