
“Azərkosmos”un ixrac gəlirləri 11 %-ə yaxın azalıb
Reshane Quliyeva 31/07/2025

Bu ilin yanvar-iyun aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) 8,5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın iyul sayında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 % azdır.
6 ayda peyk telekommunikasiya xidmətlərini 41 ölkədən təxminən 100 şirkət idxal edib. 1 il əvvələ nisbətən ölkələrin sayı 7 vahid azalıb. Əsas ixrac istiqamətləri Böyük Britaniya (2,3 milyon ABŞ dolları), Lüksemburq (1,8 milyon ABŞ dolları), Nigeriya (436 min ABŞ dolları), Türkiyə (385,1 min ABŞ dolları) və Misir (357,9 min ABŞ dolları) olub.
Hesabat dövründə “Azərkosmos”un ixrac gəlirlərinin onun ümumi gəlirlərindəki payı isə 78 %-dən 65 %-ə düşüb.
Təkcə iyunda isə “Azərkosmos” 1,5 milyon ABŞ dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib. Bu isə illik müqayisədə 6,25 % azdır.
Digər Məqalələr



Azərbaycanda bu il 26 hüquqi şəxsə texnopark rezidentliyi statusu verilib


Azərbaycan iyulda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib



"Azercell Telecom" müştəri xidmətlərini rəqəmsallaşdırmağa davam edir






