
Bahar Muradova: “Trampın paylaşımı İlham Əliyevin qlobal nüfuzunun göstəricisidir”
Reshane Quliyeva 09/08/2025

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ABŞ-ın sabiq prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını paylaşmasına münasibət bildirib.
Bu barədə "Biznesxəbər.az" xəbər verir ki,
Bahar Muradova İlham Əliyevin səsləndirdiyi fikirlər, xüsusilə ailə institutunun möhkəmləndirilməsi, gənclərin sağlam mühitdə yetişməsi, sülh və təhlükəsizlik mövzularındakı çağırışları qlobal səviyyədə diqqət doğurduğunu qeyd edib.
O qeyd edib ki, Trampın bu çıxışı paylaşması təsadüfi deyil və iki liderin bir sıra fundamental dəyərlərdə ortaq mövqeyə malik olduğunu göstərir:
“Bu, həm regionumuzda, həm də dünyada ailə dəyərlərinin qorunması, münaqişələrin qarşısının alınması və dayanıqlı sülhün təmin olunması baxımından mühüm mesajdır. İlham Əliyevin çağırışları yalnız Azərbaycan üçün deyil, beynəlxalq miqyasda da strateji əhəmiyyət kəsb edir.”
Muradova vurğulayıb ki, müasir informasiya və texnologiyalar dövründə liderlərin əsas hədəfi insan amilinə yönəlmiş siyasəti gücləndirmək olmalıdır. Onun sözlərinə görə, Azərbaycanın dövlət siyasəti də məhz bu istiqamətdə formalaşır və beynəlxalq tərəfdaşlarla əməkdaşlıqla möhkəmlənir.
Digər Məqalələr




Kiberdələduzlar "Azərpoçt" adından vətəndaşlara saxta mesajlar göndərirlər


Azərbaycanda özbaşına tikintilərin tənzimlənməsi üçün yeni sənəd hazırlanır
















