
Ekologiya və Təbii Sərvətlər Nazirliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
Reshane Quliyeva 13/08/2025

Prezident İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” 718 nömrəli fərmanının icrası davam etdirilir.
Fərmanın tələblərinə uyğun olaraq daha bir dövlət qurumu – Ekologiya və Təbii Sərvətlər Nazirliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb. Nazirlik informasiya sistemləri və ehtiyatlarını tam şəkildə “AzInTelecom” MMC-yə məxsus Bakı Əsas Data Mərkəzinə yerləşdirib.
“AzInTelecom” nazirliyə Virtual server – IaaS (Infrastructure-as-a-Service) və Rezervlənmə – BaaS (Backup-as-a-Service) “bulud” xidmətlərinin göstərilməsini təmin edib. Bununla da qurum kritik sistemlərin yüksək əlçatanlığını təmin edib.
“Hökumət buludu” haqqında
“Hökumət buludu” layihəsini AZCON Holding şirkətlərindən olan “AzInTelecom” icra edir. Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin “AzInTelecom”a aid data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların İT xərcləri azalır, informasiya sistemləri ölkə daxilində – vahid mərkəzdə saxlanılır, 24/7 rejimində monitorinq olunur.c
Digər Məqalələr



Azərbaycanda bu il 26 hüquqi şəxsə texnopark rezidentliyi statusu verilib


Azərbaycan iyulda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib



"Azercell Telecom" müştəri xidmətlərini rəqəmsallaşdırmağa davam edir






