Emin Ağalarovun Moskvadakı restoranları bağlandı
Reshane Quliyeva 10/09/2025
Azərbaycanlı iş adamı və müğənni Emin Ağalarovun Rusiyanın paytaxtı Moskvada yerləşən "Aviapark" Ticarət Mərkəzindəki "Forte Bello", "Zafferano" və "Edoko" restoranları "AgalarovRest" şirkətinin diqqətini müstəqil layihələrə yönəltmək planları ilə əlaqədar bağlanıb.
biznesxeber.az xəbər verir ki, bu barədə TASS-a "Agalarov Development" şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Bundan əvvəl "Aviapark" Ticarət Mərkəzində üç restoranın bağlanması barədə məlumat yayılmışdı.
"AgalarovRest"in hazırkı strategiyasının bir hissəsi olaraq, şirkət diqqətini ticarət mərkəzlərində yerləşən obyektlərdən müstəqil layihələrə çevirir", - "Agalarov Development"dən bildirilib.
"NF Group"un ticarət əmlakı departamentinin regional direktoru Yevgeniya Xakberdiyevanın sözlərinə görə, Emin Ağalarovun təkcə "Aviapark"da deyil, digər yerlərdə də restoranları bağlanıb.
biznesxeber.az
Digər Məqalələr
Kiberdələduzlar "Azərpoçt" adından vətəndaşlara saxta mesajlar göndərirlər
Azərbaycanda özbaşına tikintilərin tənzimlənməsi üçün yeni sənəd hazırlanır