
Metroda differensial QİYMƏT ARTIMI ola bilər - RƏSMİ
Reshane Quliyeva 12/09/2025

"Metroda differensial qiymət artımı ola bilər".
biznesxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni"nin sədrinin müşaviri Emil Əhmədov bildirib.
O qeyd edib ki, "Bakı Metropoliteni" QSC qiymətlərin artırılması və azaldılması kimi bir səlahiyyətə sahib olmadığı üçün bu gün bu mövzu müzakirə olunmur, amma differensial qiymət artımı ola bilər.
"Gündəmdə olan məsələlərdəndir, amma bunun üçün tamamlama, infrastuktur işləri, yeni stansiyaların açılması, müvafiq ödəniş sistemlərinin tətbiqi və s. kimi məsələlər var. Yəni ki, differensial qiymət artımı gələcəkdə ola bilər, nəzərdə tutulur, amma bu gün bu barədə yekun bir qərar yoxdur",- deyə E.Əhmədov bildirib.
biznesxeber.az
Digər Məqalələr










Azərbaycanda ortaaylıq əməkhaqqı 2030-cu ilə qədər 1400 manatı ötəcək





Tahir Rzayev: "Aqrar sektorla bağlı ixtisaslı kadr çatışmazlığı var"








