
Serbiyalı politoloq: Rusiya Bakı və İrəvan arasındakı münaqişəni uzatmaqda maraqlı idi
Reshane Quliyeva 11/08/2025

ABŞ Prezidenti Donald Tramp avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistanın danışıqlar masası arxasında əyləşməsi və normallaşma və diplomatik münasibətlərin qurulması haqqında sazişi paraflaması üçün şərait yaradıb.
Bu barədə serbiyalı politoloq Oqnen Qoqiç bildirib.
Onun sözlərinə görə, bu, həmçinin Rusiyanın Cənubi Qafqaz regionuna təsirinin zəifləməsi ilə üst-üstə düşüb.
"İllər boyu Rusiya vasitəçi rolunu oynayırdı, lakin o, münaqişəni həll etməkdə deyil, həm İrəvan, həm də Bakı üzərində təsirini qorumaq üçün onu uzatmaqda maraqlı idi. İndi Tramp (ABŞ Prezidenti Donald Tramp - red.) yeni vasitəçi qismində danışıqları mümkün edən şərtlər təklif edib", - o bildirib.
Politoloqun fikrincə, istənilən münaqişədə qarşıduran tərəflər həmişə gec-tez danışıqlara başlayırlar.
O.Qoqiç qeyd edib ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra bütün məqsədlərinə çatıb, Ermənistan isə yeni münaqişə başlatmağın qeyri-mümkünlüyünü dərk edib: "Hər iki tərəf başa düşür ki, onların maraqlarının döyüş meydanında deyil, danışıqlar masası arxasında müdafiəsi məqsədəuyğundur".
Bununla belə, diplomat qeyd edib ki, sülh sazişinin paraflanması sülh prosesinin elementlərindən biridir və indi tərəflər Ağ Evdə əldə olunmuş razılaşmaların həyata keçirilməsini təmin etməlidirlər.
Digər Məqalələr


İlin I yarısında Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı açıqlanıb






Prezident İlham Əliyev Vladimir Feketeni “Dostluq” ordeni ilə təltif edib













Hökumət üzvlərinin avqust ayı üçün vətəndaş qəbulu cədvəli açıqlanıb - SİYAHI


