BİZNESXƏBƏR

Simon Kopadze: Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamə Rusiyanın regiondakı təsirini zəiflədəcək

Reshane Quliyeva 13/08/2025

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanan Birgə Bəyannamə Rusiyanın regiondakı təsirini ciddi şəkildə zəiflədəcək.

Bunu Gürcüstan-Azərbaycan Münasibətlərinin İnkişafı Fondunun baş direktoru Simon Kopadze avqustun 8-də Vaşinqtonda Azərbaycan-Ermənistan-ABŞ görüşünü, sülh sazişinin paraflanmasını və regionun gələcək perspektivlərini dəyərləndirərkən deyib.

Ekspertin sözlərinə görə, Rusiyanın Cənubi Qafqazdakı rolu, demək olar ki, yoxa çıxır:

“Onların siyasətini siyasət adlandırmaq çətindir – bu, şəxsi maraqlara əsaslanan, müstəmləkəçilik münasibətlərinə söykənən davranışdır. Onlar hələ də keçmiş SSRİ respubikalarını müstəqil dövlət kimi qəbul etmirlər. Bu görüşün regionda Rusiya tərsirinin azalmasına ciddi təsiri var, çünki Rusiyanın Cənubi Qafqazdakı rolu, demək olar ki, yoxa çıxır”.

S.Kopadze Prezident İlham Əliyevin sülh prosesindəki rolunu yüksək qiymətləndirib:

“İlham Əliyevin unikallığı ondadır ki, qalib olmasına baxmayaraq, Paşinyanla tərəfdaş kimi davranır. O, təkcə tərəfdaşlıq əlini uzatmadı, həm də düşməninə bu əli mərd şəkildə uzatdı. Bu, nadir rast gəlinən alicənablıq nümunəsidir”.

Digər Məqalələr