
Tacikistan mina təmizləyənləri ANAMA əməkdaşlarına təlim keçib
Reshane Quliyeva 18/08/2025

Tacikistan Milli Minatəmizləmə Mərkəzi Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Göygöl Regional Təlim Mərkəzində ANAMA əməkdaşlarına mürəkkəb relyefli ərazilərdə minatəmizləmə əməliyyatları üzrə 12 gün nəzəri və praktiki təlimlər keçib.
"Biznesxeber" xəbər verir ki, barədə ANAMA məlumat yayıb.
Bildirilib ki, təlimlər Agentlik ilə meşə və dağlıq ərazilərdə minatəmizləmə fəaliyyətində təcrübəyə malik Tacikistan Milli Minatəmizləmə Mərkəzi arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq baş tutub.
Məlumata əsasən, təlimlərin məqsədi ANAMA əməkdaşlarının meşə və dağlıq ərazilərdə, o cümlədən mürəkkəb relyefli bölgələrdə minatəmizləmə əməliyyatları üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.
Digər Məqalələr


İlin I yarısında Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı açıqlanıb






Prezident İlham Əliyev Vladimir Feketeni “Dostluq” ordeni ilə təltif edib













Hökumət üzvlərinin avqust ayı üçün vətəndaş qəbulu cədvəli açıqlanıb - SİYAHI


