
“Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın Bakıda fillialı açılacaq
Reshane Quliyeva 22/08/2025

“Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın Bakıda fillialının açılması planlaşdırılır.
"Biznesxeber"Report-a istinadən xəbər verir ki, bu barədə rayonda fəaliyyət göstərən arıçı Ruslan Mustafayev deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2021-ci ildə Kəlbəcərə səfəri zamanı Sabir Mustafayevin təsərrüfatına baş çəkməsi həm onlar, həm də digər yerli arıçılar üçün böyük stimul olub:
“Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nı açmaqda əsas məqsədimiz Kəlbəcərə gələn gənc arıçılara dəstək olmaqdır. Hazırda Bakıda onlayn satışlar həyata keçiririk. Gələcəkdə Bakıda da mağaza açmağı planlaşdırırıq.
Məlumat üçün deyim ki, dünyada çiçəyindən şirə yığıla bilən təqribən 450-dən çox bitki varsa, onların 200-dən çoxu Kəlbəcərdə mövcuddur. Bu da Kəlbəcər balına xüsusi dad verir”.
Digər Məqalələr





Pakistanın turizm şirkətlərinin nümayəndələri Azərbaycana səfər edib

















“Rabitəbank”ın beynəlxalq maliyyə qurumları ilə əlaqələrində yeni uğur

