
2025-07-18 13:57:44
Reshane Quliyeva 18/07/2025
Dünya bazarında neftin qiymətləri bu gün Avropa İttifaqı (Aİ) 18-ci sanksiya paketinin razılaşdırılmasından sonra 1 % artıb.
"Biznesxeber.az" xəbər verir ki, bunu ticarət məlumatları təsdiqləyir.
“Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,85 % artaraq 1 barel üçün 70,11 ABŞ dolları, WTI markalı neftin avqust fyuçerslərinin qiyməti isə 1,04 % artaraq 68,25 ABŞ dolları təşkil edib.
Aİ Şurası cümə günü Rusiyaya qarşı yeni, 18-ci sanksiya paketini təsdiqləyib, neftin qiymət tavanının dəyişdirilməsi üçün avtomatik mexanizmin tətbiq olunduğunu elan edib. Həmçinin Aİ neftin maksimum qiymətini 60 ABŞ dollarından 47,6 ABŞ dollarına endirib.