BIZNESXEBER

Azərbaycan və Abu Dabi kapital bazarındakı məlumat mübadiləsini gücləndirir

Reshane Quliyeva 18/07/2025

Azərbaycan və Abu Dabi məlumat mübadiləsi üzrə əməkdaşlıqda növbəti mərhələyə keçir.

Bunu jurnalistlərlə görüşdə "Biznesxeber.az"in sualını cavablandıran "Bakı Fond Birjası" QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Qasımov bildirib.

Onun sözlərinə görə, daha əvvəl yaradılması nəzərdə tutulan Azərbaycan–Abu Dabi maliyyə informasiya mübadiləsi platforması üzrə işlər davam etdirilir və artıq sazişin imzalanması mərhələdədir: “Biz bu əməkdaşlıq çərçivəsində fərqli informasiya kanalları üzərindən məlumatların paylaşılmasını təmin edəcək bir sistem üzərində işləyirik. Məqsəd – qarşılıqlı təcrübə və informasiya mübadiləsini gücləndirmək, həmçinin maliyyə bazarlarının effektivliyini artırmaqdır”.

O.Qasımov əlavə edib ki, imzalanması planlaşdırılan sazişdə informasiya təhlükəsizliyi, texniki dəstək və tərəflərin qarşılıqlı öhdəlikləri aydın şəkildə əks olunub: “Saziş imzalandıqdan sonra inteqrasiya və test mərhələsinə başlanacaq. Bu, platformanın funksional və şəffaf şəkildə tətbiqinə imkan verəcək”.

"Biz bu əməkdaşlıq çərçivəsində “Tabadul” ticarət platforması üzərindən həm daxili bazarda, həm də Abu Dabi birjasında ticarət olunan alətlərə çıxış imkanı təqdim edəcəyik. Hazırda isə hüquqi çərçivədən və daxili kapital bazarının ekosisteminin xüsusiyyətlərindən irəli gələn dəyişikliklər və tənzimləmələrin həyata keçirilməsi zəruridir" - deyə o vurğulayıb.

Related Articles