
BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda Azərbaycana dair təqdimatlar olub
Reshane Quliyeva 18/07/2025

ABŞ-nin Nyu-York şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Yüksək Səviyyəli Siyasi Forumunda Azərbaycanda dayanıqlı inkişaf məqsədləri (DİM) üzrə əldə edilən nəticələr haqqında məlumat verilib.
"Biznesxeber.az" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
“BMT-nin 2030-cu ilədək İnkişaf Gündəliyi və dayanıqlı inkişaf məqsədləri üzrə bərpa, sürətlənmə və bərabərlik üçün sübutlara əsaslanan həllərin inkişafı” adlı Forumda ölkəmizi Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi, İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov təmsil edib.
Tədbir çərçivəsində “DİM 3: Sağlam həyat və rifah”, “DİM 5: Gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi, “DİM 8: Layiqli məşğulluq və davamlı iqtisadi artım”, “BMT-nin 2030-cu ilədək İnkişaf Gündəliyinin icrasına maraqlı tərəflərin cəlb edilməsi” mövzularında keçirilmiş sessiyalarda Azərbaycanda bu sahələrdə həyata keçirilən islahatlar və əldə olunan nəticələr barədə təqdimatlar edilib. Qlobal çağırışlar fonunda ölkəmizin davamlı iqtisadi inkişafı, makroiqtisadi sabitliyi, əhalinin rifah səviyyəsinin yüksəldilməsi, qeyri-neft-qaz sektorunun gücləndirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı və digər istiqamətlərdə reallaşdırılan tədbirlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.
BMT-nin Yüksək Səviyyəli Siyasi Forumu müxtəlif tematik mövzular üzrə sessiyalarla işini davam etdirir.
Related Articles









“Rabitəbank” və Dövlət Məşğulluq Agentliyi arasında memorandum imzalanıb











Dövlət İnvestisiyalarının İdarəedilməsi İnformasiya Sistemi yaradılacaq



