
ARDNF İtaliyada "Enfinity"nin günəş enerjisi aktivlərinin 49 %-ni alacaq
Reshane Quliyeva 18/07/2025

Azərbaycanın Dövlət Neft Fondu (ARDNF) İtaliyada günəş enerjisi sahəsindəki investisiyalarını genişləndirmək məqsədilə ABŞ-ın "Enfinity Global Inc." şirkətinin aktivlərində 49 %-lik pay alacaq.
Biznesxeber.az xəbər verir ki, sövdələşməyə əsasən, ARDNF "Enfinity"yə məxsus 402 meqavatlıq portfelin 49 %-ini əldə edəcək. Bu portfelə İtaliyanın "Latsio" və Emiliya-Romanya bölgələrində yerləşən 14 günəş elektrik stansiyası (həm istismarda olan, həm də inşası davam edən layihələr) daxildir.
Layihələr uzunmüddətli enerji alqı-satqı müqavilələri ilə təmin olunub. "Enfinity" şirkəti isə nəzarət payını saxlayacaq.
“Bu investisiya İtaliyada yeni layihələrin inkişafını maliyyələşdirməyə imkan verəcək, - "Enfinity"nin baş direktoru Karlos Domeneç bu sövdələşmə ilə bağlı keçirilən tədbirdə bildirib. - Bərpa olunan enerji bazarında hələ də böyük inkişaf potensialı var”.
Hazırda ARDNF-ın infrastruktur, daşınmaz əmlak, səhmlər və digər aktivlər daxil olmaqla 60 milyard dollarlıq investisiya portfeli mövcuddur.
“Bu, İtaliyada və daha geniş Avropada bərpa olunan enerji sahəsində mövcudluğumuzu genişləndirmək üçün atılan ilk addımdır,” - deyə ARDNF-ın icraçı direktoru İsrafil Məmmədov vurğulayıb.
Related Articles









“Rabitəbank” və Dövlət Məşğulluq Agentliyi arasında memorandum imzalanıb











Dövlət İnvestisiyalarının İdarəedilməsi İnformasiya Sistemi yaradılacaq



