
2025-07-18 13:57:44
Reshane Quliyeva 16/07/2025
“İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Bank Olmayan Kredit Təşkilatı (BOKT) ləğv olunur.
Bu barədə İqtisadiyyat.az BOKT-yə istinadən xəbər verir.
Ləğv olunduğunu elan edən BOKT kreditorlara müraciət ünvanlayıb ki, iki ay ərzində tələblərini bildirə bilərlər.
Qeyd edək ki, “İcraçı Kredit Agentliyi” BOKT 2005-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 324 166 manat, qanuni təmsilçisi isə Samir Cəlilovdur.
Kredit təşkilatının dövlət qarşısında vergi borcu da yaranıb. Bu günə olan məlumata əsasən, BOKT-nin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1433.16 manat borcu mövcuddur.