
2025-07-18 13:57:44
Reshane Quliyeva 18/07/2025
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın neft yataqlarından 7 386,83 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 0,77% azdır.
Dövlət Statistika Komitəsindən "Biznesxeber.az"a verilən məlumata görə, hesabat dövründə Azərbaycanda istehsal edilən səmt qazının 2 064,72 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 12,9% çoxdur.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanın neft yataqlarından 15 112,09 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 0,2% çoxdur