BIZNESXEBER

Azərbaycanda infrastruktur obyektlərinin də reyestri aparılacaq

Reshane Quliyeva 18/07/2025

Nazirlər Kabineti 12 yanvar 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nda dəyişiklik edib.
Biznesxeber.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində olan Ərazi Tikinti-Planlaşdırma Mərkəzi qeyri-yaşayış binası ilə yanaşı infrastruktur obyektləri ilə bağlı da aşağıdakı məlumatları uçot məqsədilə Reyestrə təqdim edəcək:

- sifarişçisinin (sahibinin) adı;

-ünvanı (olduqda);

- əsas texniki göstəriciləri (faktiki);

- tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin layihəçisi barədə məlumat (hüquqi şəxs olduqda - adı, hüquqi ünvanı və lisenziyasının nömrəsi, tarixi, fiziki şəxs olduqda - soyadı, adı, atasının adı və lisenziyasının nömrəsi, tarixi).

Related Articles