
Çinin BYD Şirkəti Azərbaycanda Elektrik Avtobuslarının İstehsalına Başlayır
11/06/2025

Bu il Çinin nəhəng avtomobil istehsalçısı BYD Azərbaycanda elektrik mühərrikli avtobusların istehsalına başlayacaq. Bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov mətbuat konfransında məlumat verib.
Məlumata görə, artıq istehsal üçün lazımi infrastruktur qurulub, yaxın günlərdə isə istehsal xəttinin quraşdırılmasına başlanacaq. Layihənin ümumi dəyəri 29 milyon manatdan çoxdur.
Qeyd edək ki, ötən il Azərbaycanda avtobus parkının yerli istehsal hesabına təmin edilməsi məqsədilə BYD ilə Çərçivə sazişi imzalanıb. Bu saziş çərçivəsində Çin şirkəti ölkəmizdə əlavə dəyər zəncirinin inkişafı üçün yeni investisiyalar yatırmağı planlaşdırır.
Gələcək planlar:
– 2026-cı ildən – Aşağıtonnajlı yük elektrik avtomobilləri, kommunal təsərrüfat üçün elektrik nəqliyyat vasitələri və elektrik mühərrikli minik avtomobillərinin istehsalı.
– 2028-ci ildən – Elektrik enerjisinin saxlanması üçün batareyaların yığımı.
Bu strateji əməkdaşlıq Azərbaycanın avtomobil sənayesinin inkişafına təkan verəcək və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin geniş yayılmasına şərait yaradacaq.
Related Articles









“Rabitəbank” və Dövlət Məşğulluq Agentliyi arasında memorandum imzalanıb











Dövlət İnvestisiyalarının İdarəedilməsi İnformasiya Sistemi yaradılacaq



