
"E-manat" brendi ödəniş xidməti göstərməkdən imtina etdi, Mərkəzi Bank lisenziyasını məhdudlaşdırdı
Reshane Quliyeva 18/07/2025

Mərkəzi Bank tərəfindən “Modenis” MMC-yə (E-manat brendi) ödəniş xidmətlərinin göstərilməsi üçün verilmiş lisenziyada “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” xidməti ləğv edilib.
Bu barədə Biznesxeber.az Mərkəzi Banka istinadən xəbər verir.
"“Modenis” MMC-yə (Təşkilat) “ödəniş əməliyyatının ekvarinqi” və “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” fəaliyyəti göstərilməsi üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 05 iyun 2024-cü il tarixində EPT-003 nömrəli lisenziya verilib. Təşkilatın müraciətinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 17 iyul 2025-ci il tarixli Qərarı ilə onun lisenziyasında “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” üzrə ödəniş xidməti ləğv edilib.
Təşkilat fəaliyyətini ödəniş təşkilatı olaraq davam etdirəcəkdir",- məlumatda bildirilir.
Elektron pul – qəbul edilən pul vəsaiti məbləğində ödəniş xidməti istifadəçisinin sərəncamına verilən, elektron formada saxlanılan, ödəniş əməliyyatlarının həyata keçirilməsinə imkan verən və elektron pulun emitenti ilə yanaşı üçüncü şəxslər tərəfindən də ödəniş üçün qəbul edilən ödəniş alətidir.
Related Articles









“Rabitəbank” və Dövlət Məşğulluq Agentliyi arasında memorandum imzalanıb











Dövlət İnvestisiyalarının İdarəedilməsi İnformasiya Sistemi yaradılacaq



